Azərbaycan klubları yay transferlərini davam etdirir. Premyer Liqa təmsilçiləri 12 legionerin keçidini həll edib.
Fanat.az xəbər verir ki, hələlik onların arasında ən dəyərlisi Filip Ozobiçdi. "Transfermarkt"ın dəyərləndirməsinə görə, "Qəbələ"nin yeni transferinin 800 min avro qiyməti var.
Ondan sonra ən dəyərli transfer Vançe Şikov olub. "Neftçi"nin yeni üzvünə 750 min avro qiymət qoyulub. "Qəbələ"nin "Ermis"dən icarəyə götürdyü Teo Luis Uiksin isə 600 min avro qiyməti var.
№ | Futbolçu (klub) | Dəyəri (avro) |
1 | Filip Ozobiç (Qəbələ) | 800.000 |
2 | Vançe Şikov (Neftçi) | 750.000 |
3 | Teo Luis Uiks (Qəbələ) | 600.000 |
4 | Dario Melnyak (Neftçi) | 500.000 |
5 | Serjinyo (Kəpəz) | 500.000 |
6 | Nika Kvekveskiri (Qəbələ) | 400.000 |
7 | Gerhard Proqni (Qəbələ) | 375.000 |
8 | Edson Kastillo (Neftçi) | 150.000 |
9 | Krşevan Santini (Neftçi) | 150.000 |
10 | Manuel Skarlatake (İnter) | 150.000 |
11 | Renan Silva (Kəpəz) | 100.000 |
12 | Yasin Həmid (Zirə) | 75.000 |
Fanat.az