Almaniyalı model Gina-Liza Lohfinkin onu zorlamaqda ittiham etdiyi Azərbaycan yığmasının sabiq futbolçusu Pərdis Fərcad-Azadın cəzası bəlli olub. Fanat.az xəbər verir ki, "İnter”in yeni transferi canını cərimə ilə qurtarıb.
Belə ki, Berlin məhkəməsi 4 illik araşdırmadan sonra Lohfinkin iddiasının əsassız olduğuna qərar verib. Tanınmış modelin Pərdis və Sebastian adlı digər şəxslə öz istəyi ilə cinsi əlaqədə olduğu, qarşı tərəflərin onu buna məcbur etmədiyi təsdiqini tapıb.
Lakin bu, millimizin və "Sumqayıt”ın keçmiş hücumçusunun cəzadan qaçması üçün yetərli olmayıb. Məhkəmə həm Pərdis Fərcad-Azadı, həm də Sebastianı 1500 dollar məbləğində cərimələyib. Buna səbəb kimi isə onların Lohfinklə seks prosesini videoya çəkmələri və onu internetdə yaymaları göstərilib.
Ən sərt cəriməyə isə Lohfinkin özü məruz qalıb. Məhkəmə tanınmış modeli yalan danışdığına və qarşı tərəfə şər atıb, onları təcavüzdə günahlandırdığına görə 27 min dollar cərimələyib.
Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə məhkəməyə müraciət edərək, Pərdis Fərcad-Azad və Sebastian adlı digər şəxs tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi. (apasport.az)
Fanat.az