"Qəbələ" fransalı hücumçu transfer edir. Fanat.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Həmkarlarımızın verdiyi məlumata görə, "Qəbələ" fransalı hücumçu Baqali Dabonu transfer edəcək. 27 yaşlı futbolçu bu gün Azərbaycana gələrək 2 illik müqaviləyə imza atacaq.
Həm Fransa, həm də Seneqal vətəndaşlığı olan Dabo Fransanın "İvri" və "İstres" klublarında çıxış edib. Onun son iş yeri "Kretey" olub. O, son iki mövsümdə bu komandanın heyətində 60 oyuna çıxıb və 6 qol vurub.
Baqali Dabo 2014-cü ildə "İstres"dən "Kretey"ə 200 min avroya transfer olunub. "Transfermarkt"ın qiymətləndirməsinə görə, hazırda onun 300 min avro dəyəri var.
Yeri gəlmişkən, artıq "Transfermarkt" onu "Qəbələ"nin üzvü kimi təqdim edib.
Fanat.az