18:30 16.09.2013 753

Mbilla üçün ilk, ”Xəzər Lənkəran” üçün 400-cü qol

Topaz Premyer Liqasının VI turunun “Bakı” ilə ev oyunu (2:1) “Xəzər Lənkəran” üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, qarşılaşmanın 27-ci dəqiqəsində hesabı bərabərləşdirən Mbilla Etame komandanın milli çempionatlarda 400-cü qolunu vurub.

2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” yubiley qolunu 27-ci qarşılaşmasında vurub. Bundan əvvəlki 4 görüşdə rəqib qapısına yol tapa bilməyən komanda Topaz Premyer Liqasının ilk turundan sonrakı qol həsrətini “400”ə çatmaqla qırıb.
 
Belə ki, avqustun 4-də “Sumqayıt”la səfər qarşılaşmasında fərqlənən Junior Nildodan sonra "Xəzər Lənkəran" çempionatda azarkeşlərinə qol sevinci yaşatmamışdı. 41 gündən sonra vurulan qol isə həm yubiley, həm də ilk xarakteri daşıyıb. Kamerunlu forvard bir aydan çox çəkən qolsuz seriyaya son qoyub.

“Xəzər Lənkəran”da qol hesabını açan Mbilla klub tarixində qol sevinci yaşayan 83-cü, bunu çempionatda reallaşdıran 76-cı futbolçu olub. Bu oyunçulardan başqa rəqiblərin də öz qapısına qol vurmaqları qeydə alınıb. İkinci hissədə Mbilla 2-ci dəfə fərqlənməklə klub tarixində çempionat qollarının sayını 401-ə də çatdırmağa nail olub.
 
Bu qollardan 230-u evdə, 170-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda - Gəncədə vurulub.

Etame “Xəzər Lənkəran”ın heyətində dubl müəllifi olan 36-cı futbolçu kimi tarixə düşüb. Bu dubl klub tarixində ümumilikdə 67-ci belə hadisədi. Sonuncu belə dubl martın 3-də, ötən çempionatın XXIII turunun “Sumqayıt”la oyununda qeydə alınmışdı. Roberto Alviz 2 penaltini dəqiq yerinə yetirməklə dubl rəsmiləşdirmişdi.
 
Çempionatdakı yubiley qolları
 
1. 07.08.2004 “Turan” - “Xəzər Lənkəran” - 1:1 Çöri İlir, 26
50. 03.05.2005 “Xəzər Lənkəran” - “Ədliyyə” - 6:1 Martin Stankov, 36
100. 29.09.2006 “Gənclərbirliyi” - Xəzər Lənkəran“ - 0:3 İlqar Qurbanov, 8
150. 02.09.2007 ABN - “Xəzər Lənkəran” - 0:4 Zaur Ramazanov, 14-p.
200. 26.09.2008 MOİK - “Xəzər Lənkəran” - 0:4 İvan Svetkov, 34-p.
250. 29.11.2009 “Bakı” - “Xəzər Lənkəran” - 0:3 İvan Svetkov, 57-p.
300. 20.02.2010 “Xəzər Lənkəran” - AZAL - 2:1 Elnur Abdullayev, 45+2
350. 01.04.2012 “Xəzər Lənkəran” - “İnter” - 2:0 Eder Bonfim, 90+2
400. 14.09.2013. “Xəzər Lənkəran” - “Bakı” - 2:1 Etame Mbilla, 27
 
Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.

lankaranfc.com
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

18:40

1-ci Liqada mövsümə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X