"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" Baqali Dobo ilə anlaşıb.
Bu barədə məlumatı saytımıza klubun meneceri Səbuhi Səfiyarlı verib. Onun sözlərinə görə, tərəflər arasında 2 illik sözləşmə imzalanıb. Fransız futbolçu yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, yarımmüdafiəçinin son klubu "Kretey" olub. 28 yaşlı oyunçu Fransa Liqa 2-nin son mövsümündə 31 oyuna 4 qol vurub.
Fanat.az