"Qəbələ"nin idman direktoru Toni Adams İngiltərəyə qayıdır. Fanat.az xəbər verir ki, ingilis mütəxəssis bundan sonra vətənində çalışacaq.
Belə ki, o, əfsanəyə çevirildiyi London "Arsenal"ına dönmək qərarına gəlib. Adams klubun U-18 komandasını çalışdıracaq. Onun köməkçilərindən biri "Arsenal"ın digər əfsanəvi futbolçusu Tyerri Anri olacaq.
Qeyd edək ki, Adams karyerası ərzində yalnız bir klubun - "Arsenal"ın formasını geyinib (1980-2002) və uzun illər komandanın kapitanı olub. Bu müddətdə o, Premyer Liqanın (4 dəfə), Federasiya Kubokunun (3), Liqa Kubokunun (2), Super Kubokun (3) və UEFA Kuboklar Kubokunun (1) qalibi olub. 49 yaşlı mütəxəssis 2010-2011-ci illərdə "Qəbələ"ni çalışdırıb, daha sonra klub prezidentinin müşaviri və idman direktoru postlarını tutub.
Fanat.az