Bu gün “Qəbələ” Avropa Liqası çərçivəsində Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək. "Neftçi" isə səfərdə Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq.
Bir vaxtlar “Neftçi”nin pərəstişkarı olan müğənni Əli Mirəliyev klublarımızın Avropa liqasında uğurlu çıxışına, hətta futbolumuzun inkişafına inanmır.
Bu barədə müğənni aznews.az-a açıqlamasında deyib: “Mən bizim komandaların çıxışına baxmıram. Azərbaycanda futbol yoxdu. İllərlə “Neftçi”nin pərəstişkarı olmuşam. Amma indi onlara da baxmıram. Bilirəm ki, onlar Avropa Liqasında heç bir uğur qazana bilməyəcəklər. Bu gün Azərbaycanda 11 kişi tapılmır ki, komanda qurub, futbol oynadasan. Futboldan çox yaxşı başım çıxır. Buna görə də mən Messiyə, Ronaldoya baxıram. Bizdə bunlar qədər yox, özfəaliyyət səviyyəsində də futbol yoxdu”.
Əli Mirəliyev milli komandanın baş məşqçisi Robert Prosineçkinin “Ümid edirəm ki, Azərbaycan millisi növbəti seçmə mərhələdə bütün komandalar üçün çətin rəqib olacaq. Əsas məqsədimiz də elə budu” fikrinə də münasibət bildirib: “Nə olsun ki, milli komandaya başqa ölkədən baş məşqçi gətiriblər, bizdə oyunçu yoxdu. Baza yoxdu. Oyunçu olmasa futbol necə inkişaf etsin?
O ki qaldı Prosineçkinin dediyinə, mümkün deyil, bunlar fantaziyadı, olmayacaq. Amma bizim torpağımız alınarsa, həm kişilik olacaq, həm futbolumuz inkişaf edəcək, həm də musiqimiz yerində olacaq”.
Fanat.az