Avropa Liqasındakı təmsilçilərinin birinci təsnifat mərhələsinin ilk oyunlarındakı uğurlu çıxışı Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını zənginləşdirib.
Fanat.az xəbər verir ki, "Kəpəz"in "Daçiya"ya uduzmaması, "Neftçi" və "Qəbələ"nin qələbəsi ölkəmizə 0,625 xal qazandırıb.
Azərbaycan hazırda UEFA reytinqində 24-cü pillədədir. Xal ehtiyatımız isə 14,125-ə bərabərdir. Bizdən öndə yer alan Şotlandiyanın aktivində 15,050 xal var.
Xatırladaq ki, Azərbaycan ötənilki 2015/16 mövsümünü 26-cı pillədə başa vurmuşdu (14,875).
Fanat.az