Peşəkar Futbol Liqasının prezidenti postuna seçki keçiriləcək. Fanat.az xəbər verir ki, mərasim 5 iyul saat 11.00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.
Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri də iştirak edəcəklər.
Qeyd edək ki, hazırda PFL-in prezidenti Ramin Musayevdi. Ona yeni seçkidə başqa bir rəqibin olacağı istisna deyil.
Fanat.az