AFFA İntizam Komitəsi "Qarabağ"ı cərimə edib. Fanat.az xəbər verir ki, buna səbəb Ağdam klubunun azarkeşləri olub.
Belə ki, "Qarabağ"ın fanatları "Rəvan"la oyunun 54-cü dəqiqəsində meydançaya kənar əşya atıb. Bu səbəbdən klub 2000 manat cərimə olunub.
Fanat.az