AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Rəvan"la oyunun matçının 57-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Təmkin Xəlilzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərqə alıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalandırılıb, klub 100 manat cərimə olunub.
"Simurq" isə "Sumqayıt"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə edilib.
Fanat.az