Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək MTK - “Qəbələ” qarşılaşmasını idarə edəcək hakimlər bəlli olub. Fanat.az xəbər verir ki, matçda ədaləti İsveçdən olan hakimlər qoruyacaqlar.
İyulun 14-də Macarıstanın Dyer şəhərində keçiriləcək görüşdə Boyan Pandjiç baş hakim olacaq. Qarşılaşmanın yan xətt hakimləri Stefan Hallberq və Maqnus Syoblom, dördüncü hakimi isə Mohammed Al-Hakimdi.
Qeyd edək ki, MTK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Fanat.az