"Qarabağ"ın yetirməsi olan Vüqar Nadirov yenidən Ağdam klubuna qayıdıb. Fanat.az xəbər verir ki, futbolçu ilə bir illik müqavilə imzalanıb.
Milli üzvü yenidən "Qarabağ"a qayıtması ilə bağlı fikirlərini klubu rəsmi saytına açıqlayıb: "Olduqca sevincliyəm, bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım. Əlimdən gələni edəcəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il idi ki, bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacam həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim. "Qarabağ" azarkeşləri bizim ürək yerimizdir. Çalışacam ki, onları sevindirim".
Qeyd edək ki, Nadirov "Qarabağ"dan ayrıldıqdan sonra "Xəzər Lənkəran"a, daha sonra isə "Qəbələ"yə üz tutmuşdu. Onun sonuncu iş yeri isə Bakı "İnter"i olub.
Fanat.az