"Qəbələ" Avropa Liqasında mübarizəni davam etdirir. Fanat.az xəbər verir ki, təmsilçimiz bu gün ikinci təsnifat mərhələsinin ilk oyununda MTK klubunun qonağı olub.
İlk mərhələdə Gürcüstan "Samtredia"sını mübarizədən kənarlaşdıran Roman Qriqorçukun komandası bu dəfə Macarıstandan sərfəli nəticə ilə qayıdıb."Qırmızı-qaralar"ın rəqibini səfərdə 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
14 iyul
22.30 MTK (Macarıstan) - Qəbələ (Azərbaycan) 1:2
Qol: Torgelle (70) - Nika (25), Ozobiç (63)
Hakimlər: Boyan Pandjiç, Stefan Hallberq və Maqnus Syoblom, Mohammed Al-Hakimi (İsveç).
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Qyor şəhəri. "Qyirmoti" stadionu.
Fanat.az