Macarıstanın MTK klubunun baş məşqçisi Teodoru Vasilizs Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Qəbələ"yə məğlubiyyəti şərh edib. Fanat.az xəbər verir ki, macarların çalışdırıcısı təmsilçimizin 2:1 hesabı ilə qalib gəldiyi oyun haqda bunları deyib:
"Rəqibin qoluna qədər bərabər səviyyəli oyun izlədik. İlk qolu biz vursaydız, hesab başqa cür ola bilərdi. Ancaq reallıq budur ki, məğlub olan bizik. Ancaq bu, təslim olmaq mənasına gəlmir. Bakıya növbəti mərhələ ardınca gedəcəyik. İdmançı olmağımız bunu tələb edir. Baxmayaraq ki, "Qəbələ" çox güclü və təhlükəli komandadı. Əslində, bu gün "Aktobe"yə qarşı oynadığımızdan daha yaxşı futbol sərgilədik. Təssüf ki, hesab buna görə olmadı".