"Sumqayıt"un əsas komandası kimi əvəzedici komandası da 2016/17 mövsümünə hazırlığını davam etdirir.
Fanat.az xəbər verir ki, Zaqatalada təlim-məşq toplanışında olan Rövşən Babayevin rəhbərlik etdiyi komanda ilk yoxlama oyununu keçirib.
Gürcüstanda yerli "Hereti Laqodexi" klubu ilə üz-üzə gələn komandamız 6:0 hesabı ilə qələbə qazanıb. "Sumqayıt"dan qolları Xanlar Teymurov (2), Osman Osmanov, Sahib Abbasov, Murad Məmmədxanov və Sənan Əsədov vurub.
Qeyd edək ki, "Sumqayıt"ın əvəzediciləri Gürcüstanda bu gün daha bir yoxlama oyunu keçirəcək.
Fanat.az