"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşakın istəyi ilə komandadan göndərilən Elnur Allahverdiyev "Qəbələ"yə keçib. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, Lənkəran klubu futbolçuya azad agent statusu verdiyindən onun yeni klubla müqavilə bağlaması mümkün olub.
Elnur artıq "Qəbələ" ilə müqavilə imzalayıb. Futbolçu bu gün klubun ofisinə gedərək, 6 aylıq müqavilə imzalayıb.
"Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu da Allahverdiyevlə yollarını ayırdıqlarını təsdiqləyib. Klub rəsmisi lent.az-a açıqlamasında bildirib ki, müdafiəçinin başqa komandaya keçidinə problem yaratmamaq üçün ona transfer vərəqi də verilib.
"Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı isə Elnurun bu komandaya keçəcəyini təsdiqləyib. Klub rəsmisi bildirib ki, daha öncə Allahverdiyevlə görüşərək, ilkin razılığa gəliblər. Müqavilənin rəsmiləşdirilməsi üçün "Qəbələ" 30 yaşlı müdafiəçinin "Xəzər Lənkəran"dan rəsmən ayrılmasını gözləyib: "Allahverdiyevlə bu gün və ya sabah bir daha görüşərək, rəsmi müqavilə bağlayacağıq".
Fanat.az