Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.
Fanat.az xəbər verir ki, Samir Abbasovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi Kutaisi "Torpedo"su ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt"ın qoluna hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu İbrahim Abdunicat vurub.
"Sumqayıt" Boluda son yoxlama oyununu iyulun 25-də keçirəcək.
Fanatşaz