"Qəbələ" növbəti transferini reallaşdırır. Fanat.az xəbər verir ki, bölgə klubu Marsel Essombeni heyətinə qatır.
Bununla bağlı "Qəbələ" və Buxarest "Dinamo"su arasında razılıq əldə olunub. Marsel Essombe danışıqların yekunlaşdırılması və tibbi müayinədən keçmək məqsədilə ölkəmizə dəvət edilib.
Qeyd edək ki, Marsel Essombe 2015/16 mövsümündə çıxış etdiyi "Dinamo"nun heyətində 29 rəsmi oyuna çıxıb və 7 qol vurub. Futbolçu karyerasına Fransada başlayan kamerunlu futbolçu karyerası boyunca bu ölkənin "Soşo"(B komandası), "Jura Sud", "Paki-sur-Eure", "Şatoru" və "Kreteil" klublarında çıxış edib. "Transfermarkt" 28 yaşlı hücumçuya 600 min avro qiymət qoyub.
Fanat.az