Təcrübəli məşqçi Mirça Luçesku "Şaxtyor"dan ayrılmağı düşünmədiyini açıqlayıb.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Şaxtyor Donetsk"in baş məşqçisi Mirça Luçesku haqqında çıxan transfer iddialarına baxmayaraq Ukraynanı tərk etməyəcəyini vurğulayıb.
"Mənim kimi məşqçilərin adının bir çox klubla xatırlanması təbii haldır. Amma klubumdan ayrılmağı düşünmürəm", deyə məşqçi qeyd edib.
İdman24.az