Avropa Liqasının bombardirlər yarışında dəyişiklik olub. Fanat.az xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyunlarından sonra yarışın zirvəsində 3 futbolçu qərarlaşıb.
Onlardan biri "Qəbələ"nin yeni transferi Teo Uiksdi. Ötən axşam MTK ilə oyunda qol vuran liberiyalı futbolçu aktivindəki topların sayını 5-ə çatdırıb. Bununla o, AEK-in üzvü İvan Triçkovskiyə çatıb. Aktivində 5 qol olan digər futbolçu - Xorvariya “Lokomotiv”nin üzvü Marko Mariç dünən Finlandiyanın "Rovaniemi" klubu ilə oyunda dubl edib.
Qeyd edək ki, Teo Uiks I təsnifat mərhələsində "Samtredia" ilə ilk oyunda 3, cavab matçında 1 qol vurub.
Fanat.az