Ramil Şeydayevin transfer olunduğu "Trabzonspor"un Macarıstan toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri açıqlanıb. Fanat.az xəbər verir ki, Qyor şəhərindəki hazırlıq prosesi çərçivəsində 4 hazırlıq matçında qüvvəsini sınayacaq.
İlk oyun iyunun 30-da yerli "Qyor" klubu ilə baş tatacaq. Aqustun 2-də rəqib Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"yə hər iki oyunda uduzan (1:2, 0:2) MTK olacaq. 2 gün sonra daha bir yerli komanda - "Qyirmot"la qarşılaşacaq "Trabzonspor" ayın 7-də Küveytin "Tadhamon" klubu ilə üz-üzə gələcək.
Fanat.az