Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Fransanın "Lill" klubunun hücumçusu Eder klubun düşərgəsinə qoşulub.
Fanat.az xəbər verir ki, istirahətdə olan Portuqaliya millisinin Qvineya-Bisaudan olan forvardı Fransaya qayıdıb.
Qeyd edək ki, "AVRO-2016"nın finalında Fransa millisinə qol vurmaqla Portuqaliya yığmasına çempionluq qazandıran Eder 2 həftəlik istirahətə buraxılmışdı. O bu müddəti başa vuraraq, geri dönüb.
Onu da qeyd edək ki, “Lill” və “Qəbələ” arasındakı ilk oyun iyulun 28-də Fransada, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.
Fanat.az