Seneqal millisinin üzvü Omar Niasse karyerasını "Qalatasaray"da davam etdriəcək. Fanat.az xəbər verir ki, bunu açıqlamasında Seneqal Futbol Federasiyanın prezidenti Auqistin Senqor deyib.
Federasiya rəhbəri "Seneqo Tv"yə açıqlamasında Niasseyə ölkə futbolunun inkişafı üçün etdiyi yardımlara görə təşəkkür edib. Bundan başqa Auqistin forvarda "Qalatasaray"dakı karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, son mövsümü "Everton"da keçirən Nissenin transferinin qısa zaman ərzində "Qalatasaray" tərəfindən açıqlanması gözlənilir.
Qeyd edək ki, Niasse 2014-cü ildə "Akhisar Bələdiyyəspor"dan 5.5 milyon avroya Moskva "Lokovotiv"inə, bu ilin əvvəlində isə ordan 17.9 milyon avroya "Everton"a transfer olunub. "Transfermarkt" hazırda ona 13 milyon avro qiymət qoyub. Omarın böyük qardaşı İbraşim Niasse ölkəmizdə "İnter" və "Qəbələ"nin formasını geyinib, hazırda Rumıniyanın Rumıniyanın "Konkordia" klubunda top qovur.
Fanat.az