Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” klubu qonşu ölkədə son yoxlama oyununu keçirib.
Fanat.az xəbər verir ki, komanda PTT 1-ci liqa təmsilçisi "Giresunspor"la qarşılaşıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" meydanı 1:2 hesabı ilə məğlub tərk edib. Bu oyunda "Sumqayıt"ın yeganə qolunu Mirabdulla Abbasov vurub.
Qeyd edək ki, "Sumqayıt" artıq səhər saatlarında Bolunu tərk edərək vətənə yola düşəcək
Fanat.az