13:09 27.07.2016 606

Arda Turanı istəyən 7 klub və 8-ci variant

Andre Qomesin transferindən sonra "Barselona"nın Arda Turanla yollarını ayıracağı deyilir. Artıq türk futbolçuya çox sayda təkliflərin olması barədə məlumatlar var. Fanat.az Ardanı istədiyi deyilən klubların siyahısını təqdim edir.


1. "İnter" (İtaliya) - Calciomercato.it-in xəbərinə görə, Caner Erkini transfer edən İtaliya klubu Arda Turan üçün "Barselona"nın qapısını döyüb. UEFA-nın "Maliyyə Fair-Play"ı qaydaları səbəbindən transfer haqqı ödəmək istəməyən Milan klubu gələcəkdə satın almaq şərti ilə futbolçunu icarəyə götürmək istəyir. Şətta italyanların Arda Turanın özündən müsbət cavab aldığı deyilir. 


2. Milan (İtaliya) - "La Gazzetta dello Sport"a məxsus "PienetaMilan" xəbər portalı "Milan"ın da Arda Turanın xidmətində maraqlı olduğunu yazıb. Hətta klubun prezitdenti Adriano Qallianinin bununla bağlı "Barselona"ya müraicət etdiyi bildirilir. Amma sayt yazır ki, "Milan" hazırda Kataloniya klubunun tələb etdiyi transfer haqqını ödəmək gücündə deyil. Calciomercati.it saytı isə yazır ki, Arda Turanın "Milan"a transferi ancaq klubun çinlilərə satılması və ya Karlos Bakkanın başqa kluba keçməsi zamanı mümük ola bilər.


3. Yuventus (İtaliya) - Miralem Pyaniç, Dani Alveş, Marko Pyasa və Qonzalo Hiquayn kimi ulduzları qatan Turin klubu Paul Poqbanın astronomik məbləğə "Mançester Yunayted"ə satılması durumunda Arda Turanı transfer edəcək. Bu iddia ilə İtaliyanın aparıcı mətbuat orqanları çıxış edib.


4. Arsenal (İngitlətə) - Düzdü, Arda Turanın meneceri Ahmet Bulut oyunçusunun London klubundan təklif almadığını bildirib. Amma dünya mediası "Arsenal"ın türk futbolçunu istədiyini iddia edir. Hətta İngiltərə klubunun çilili ulduzu Aleksis Sançesin də onun alınmasını istədiyi deyilir. 


5. Monako (Fransa) - "Sport"un yaydığı xəbərə görə, Fransa klubu ötən yay "Atletko"dan 40 milyona "Barselona"ya keçən türk futbolçunun xidmətində maraqlıdı. Bu transfer baş tutsa, Arda Turan 2011-2013-cü illərdə "Atletiko"da birlikdə oynadığı Radamel Falkao ilə yenidən komanda yoldaşı olacaq.


6. Çin klubu - "El Pais"in xəbərinə görə, Arda Turan Çindən Türkiyə futbolu üçün fantastik hesab olunan məbləğdə transfer təklifi alıb. Amma "Barselona" rəhbərliyi futbolçunun Çinə getmək istəmədiyini qarşı tərəfə açıq şəkildə bildirib. Onun xidmətində maraqlı olan klubun adı açıqlanmır.


7. Beşiktaş (Türkiyə) - Ulduz futbolçunun meneceri Ahmet Bulutun "Beşiktaş" prezidenti Fikret Ormanla görüşərək danışıqlar apardığı iddia olunur. Hətta menecerin qarşı tərəfə "Siz istəsəniz, mən "Barselona"nı razı salaram" dediyi bildirilir. Bu arada "Fənərbaxça"nın uzun illərdi Arda Turanı istədiyi hər kəsə bəllidi. Hətta Aziz Yıldırım onu "Qalatasaray"da oynayan vaxt transfer etmək istəmişdi. Lakin futbolçu açıqlamalarında "Fənərbaxça"da oynamaram, amma "Beşiktaş"a simpatiyam var" deyib.


8. "Barselona"da qalacaq - Son variant isə onun "Barselona"da qalması ola bilər. Bir müddət əvvəl baş məşqçi Luis Enrike də Arda Turanın komandada qalacağını demişdi. Amma bu çıxışdən dərhal sonra Andre Qomesin transferi müəyyən xəbərlərin yayılmasına səbəb oldu. İndi "Barselona"nın orta xəttində kifayət qədər çox oyunçu var və onlardan biri getməlidi. Bütün diqqətlər Arda Turanın üzərində olsa da, İvan Rakitiçin menecerinin açıqlamaları diqqətlərin onun üzərinə yönəlməsinə səbəb olub. İndi İvan Rakitiçlə yanaşı, Serj Samperin də göndəriləcəyi deyilir.


Fanat.az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

Facebookdan bizi izləməyi unutmayın.
X