Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Lill" (Fransa) - "Qəbələ" (Azərbaycan) oyunu Fransa təmsilçisinin əsas stadionu olan "Pyer Morua"da yox, ehtiyat stadion hesab olunan "Lill-Metropol"da keçiriləcək.
Fanat.az xəbər verir ki, buna iyulun 24-də "Pyer Morua"da məşhur müğənni Rihannanın konsert verməsi səbəb olub. Belə ki, konsertdən sonra "Lill" rəhbərliyi arenanın qazonunu dəyişdirməyi planlaşdırdığı üçün, "Qəbələ" ilə matçın "Lill-Metropol"da keçirilməsinə qərar verib.
Qeyd edək ki, "Lill-Metropol" arenası 18.185 "Pyer Morua" 50.186 azarkeş tutumuna malikdi.
Fanat.az