Hücumçu axtarışında olan "Qəbələ"nin Marsel Essombe ilə danışıqlar apardığını, hətta razılıq əldə etdiyini xəbər vermişdik. Fanat.az saytının məlumatına görə, forvardın "qırmızı-qaralar"a keçidi baş tutmayıb.
Bunu açıqlamasında klub prezidenti Tale Heydərov deyib. O, Essombenin transferinin nəyə görə alınmamasının səbəbini belə izah edib:
"Hücumçu axtarışındayıq. Bir futbolçu var idi, amma səhhətində problem olduğuna görə, başqa oyunçu axtarmağa başladıq".
Fanat.az