Ölkə çempionatının hazırlığını davam etdirən “Kəpəz”in heyətində zədəli futbolçu qalmayıb. Fanat.az xəbər verir ki, Gəncə təmsilçisinin müdafiəçisi Azad Kərimov sıraya dönüb.
Ayağında yüngül ağrıları olmuş Kərimovun durumu artıq yaxşıdı. Buna kimi fərdi çalışan gənc müdafiəçi dünəndən qrup halında keçirilən məşqlərə qoşulub.
Qeyd edək ki, “Kəpəz” Topaz Premyer Liqasının 2016/2017 mövsümünün ilk turunda “Qəbələ” ilə qarşılaşacaq.
Fanat.az