Ötən mövsüm olduğu kimi I divizionda çıxış edəcək "Zaqatala" iki transfer edib.
Fanat.az xəbər verir ki, bölgə klubu Vadim Abdullayevlə Emin Mehdiyevi heyətinə qatıb. Hər iki futbolçu bir illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Vadim bir müddət əvvəl "Sumqayıt"la müqavilə bağlsa da, sonradan komandadan ayrılmışdı. O, əvvəllər "Bakı", "Simurq" və "Qəbələ"nin formasını geyinib, 21 yaşadək futbolçulardan ibarət millimizdə çıxış edib.
"Neftçi"nin yetirməsi olan Mehdiyev "ağ-qaralar"dan başqa "Abşeron" və "Sumqayıt"da çıxış edib. Gənc futbolçu U-17, U-19 və U-21 yığmalarımızda forma geyinib.
Fanat.az