"Neftçi" ardıcıl 3 dəfə ölkə çempionu olub. Hədəfimiz 4-cü çempionluqdu. Bunda pay sahibi olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Karlos Kardoso deyib.
Klubun rəsmi saytına danışan braziliyalı "Sumqayıt"la matçla bağlı da fikirlərini bildirib: "Sumqayıt" "Neftçi" ilə müqayisədə zəif hesab oluna bilər, amma bu bizim arxayınlaşmağımız üçün əsas deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Qələbə qazanıb azarkeşləri sevindirmək, turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirmək istəyirik".