Bir vaxtlar adı "Beşiktaş"dan tutmuş "Köln"ə qədər bir çox tanınmış klubla yanaşı çəkilən, "25 yaşında xarici kluba getməsəm karyeramı bitirəcəm" deyən Kamran Ağayevin klubsuz günləri davam edir.
"İnter"dən ayrıldıqdan sonra işsiz qalan millimizin qapıçısının adı bir ara İran klubları ilə yanaşı çəkilsə də, bu arzusu da puça çıxdı. Qısa sürən "Kayserispor", uğursuz "Karşıyaka" karyerasından sonra vətənə dönüb "İnter"in formasını geyinən 30 yaşlı qolkiper indi gününü AFFA-nın baş katibi Elxan Məmmədovun "sonucu övladı" "Səbail"də məşq etməklə keçirir.
Deyəsən, işsiz günlər Kamranın özünü də depresiyaya salıb. Futbolçuluğundan başqa meyxana bacarı ilə də fərqlənən, həmişə telekanallarda və müxtəlif məclislərdə şən ruhdakı deyişmələrinə şahidlik etdiyimiz qolkiper artıq qəmgin tonda meyxanalar deməyə başlayıb. Onlardan birini təqdim edirik.
Fanat.az