Sabah Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Fanat.az xəbər verir ki, ölkəmizi qitəninin ikinci dərəcəli yarışında təmsil edən "Qəbələ" doğma azarkeşləri önündə "Lill"i qəbul edəcək.
Fransa təmsilçisi bu gün Bakıda olacaq və qarşılaşman öncə matçın keçiriləcəyi "Bakcell Arena"da ilk və son məşqinə çıxacaq. İlk matçdan fərqli olaraq "itlər"in çalışdırıcısı Frederik Antonetti hücumçu Ederin xidmətinə də ehtiyac duyub. Belə ki, son Avropa çempionu da Bakıya gələn futbolçular arasında yer alıb. "Avro-2016"da Portuqaliyaya çempionluğu qazandıran qolun müəllifinin sabahkı qarşılaşmada iştirak edəcəyi istisna deyil.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın revanşı 21:00-da start götürəcək.
Fanat.az