Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında "Qəbələ" "Lill"i 1:0 hesabı ilə məğlub edərək adını pley-offa yazdırıb.
Fanat.Az xəbər verir ki, oyundan sonra təşkil edilmiş mətbuat konfransında qonaqların çalışdırıcısı Frederik Antonetti məğlubiyyəti şərh edib.
- Qarşılaşma ilə bağlı nə deyə bilərsiz?
- Hər iki komandanın futbolçuları layiqli mübarizə apardı. Bu, futboldu. Məğlubiyyəti də qəbul etmək lazımdı. Sadəcə, təəssüf hissi keçirirəm.
- Məğlub olacağınızı gözləyirdinizmi?
- "Qəbələ" ilə Fransadakı çətin oyunumuz olmuşdu. Buna görə də rəqibin gücünü nəzərə almışdıq. Ancaq "Qəbələ"nin futbolçularının əziyyətini dəyərləndirmək lazımdı. Onlar bu gün daha güclü idi. Azərbaycan klubuna əhsən!
- Püşkatmanın nəticəsi bəlli olandan sonra "Azərbaycan klubunu rahatlıqla keçə bilərik" deyə düşünməmişdiz?
- "Qəbələ"nin oyunlarını izləmişdim. Rəqibin heyəti güclü futbolçulardan ibarətdi. Buna görə də qələbə qazandılar.
Fanat.Az