Dünən gecə "Sevilya"nın qapısına vurduğu iki gözəl qolla qəhrəmana çevrilən Arda Turan İspaniyada müzakirə mövzusudu. Fanat.Az xəbər verir ki, İspaniyanın məşhur idman qəzetləri "Ardanın Superkuboku" manşetiylə işıq üzü görüblər.
Mütəxəssislər Ardanın getdikçə Messiylə daha yaxşı anlaşdığını, yeni mövsümdə əsas heyətdəki yerini heç kimə güzəştə getməyəcəyini vurğulayırlar.
Ardanın dünənki oyunu "Barselona"nın baş məşqçisi Luis Enirikenin də alqışını qazanıb. Mütəxəssis Ardanın oyunundan danışarkən "Arda mükəmməl futbolçudu. Hər gün bir az daha səviyyəsini yüksəldir. Onun adına çox xoşbəxtəm. Düzdü, Arda qolçu futbolçu deyil, amma dünən isbatladı ki, lazım gələndə istənilən yerdə oynamağa, vacib qollar vurmağa da hazırdı. Ardanın bizə çox faydası dəyəcək" deyib.
Fanat.Az