Sabah futbol üzrə Azərbaycan I divizionunda 2016/17 mövsümünün püşkatma mərasimi təşkil olunacaq.
Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, saat 13.00-da AFFA-nın inzibati binasında reallaşacaq mərasimdə "Rəvan”, "Qaradağ Lökbatan”, "Ağsu”, MOİK, "Şəmkir”, "Zaqatala”, "Turan Tovuz”, "Mil Muğan”, "Bakılı”, "Şahdağ”, "Şərurspor”, "Göyəzən”, "Energetik”, "Səbail” klubları iştirak edəcəklər.
Bu komandalar növbəti mövsümdə I divizionda mübarizə aparacaqlar. Göründüyü kimi, iştirakçılar arasında "Şuşa Qarabağ" yoxdu, "Bakı" və "Neftçala" isə fəaliyyətini dayandırıb.
Fanat.Az