2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası son iki oyununu - oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə "Bakcell Arena"da keçiriləcək. Fanat.az xəbər verir ki, bunu nəzərə alan AFFA bilet satışında yeni kampaniyaya start verib.
Belə ki, biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə olacaq və 2 oyuna bir bilet satılacaq. Bu kampaniyadan faydalanmaq istəyən azarkeşlər sektorundan asılı olaraq 10 və 12 manata 2 oyun üçün (Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya) bilet əldə etmək hüququ qazanacaq. Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrılıqda satılacaq (Biletlərin qiyməti ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz).
Qeyd edək ki, yeni kampaniyaya bilet satışına başlayan gün - sentyabrın 20-i, saat 12:00-da start veriləcək. Biletləri "Bakcell Arena"-nın kassalarından, Park Bulvar Alış-Veriş və 28 MaII Ticarət Mərkəzlərindən əldə etmək olar.