“Simurq” növbəti transferini gerçəkləşdirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “Qəbələ” ilə yollarını ayıran yarımmüdafiəçi Rövşən Əmiraslanovla müqavilə şərtləri tam razılaşdırılıb. Son 2 mövsümü Qəbələdə keçirən 27 yaşlı futbolçu ilə gələn həftənin əvvəlində 1 illik müqavilə imzalanacaq.
Zaqatalalıların baş məşqçisi Georgi Çixradzenin Əmiraslanovu transfer etməyi təsadüfi deyil. Belə ki, gürcü mütəxəssis “İnter”də baş məşqçi Kaxaber Sxadadzenin köməkçisi işləyəndə, Rövşən orada oynayıb.
Qeyd edək ki, “Simurq” bunadək aldığı 3 yerli futbolçu AZAL-dan qapıçı Amil Ağacanov, yarımmüdafiəçilər Tagim Novruzovla Orxan Səfiyaroğlu olub.
İdman24.az