Bu gecə Cavadovlar ailəsinə ağır itki üz verib. İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib.
AFFA-da marketinq şöbəsinin əməkdaşı olan Cavadov işlə əlaqədar 5 günlük Lənkərana ezam edilmişdi. Lənkəranda "Qala" otelində yerləşən Sübhan gecəni yatıb, lakin bir daha ayılmayıb. Təsirləndirici məqamlardan biri isə bu gün İsgəndər Cavadovun doğum günü olmasıdı.
Fanat.az kollektivi olaraq Cavadovlar ailəsinə dərin hüznlə başsağlığı veririk.
llah rəhmət eləsin!