İlin sonunda Azərbaycan milli komandasını tərk edəcək Berti Foqtsun yerinə keçmək ehtimalı olan namizədlərin ard-arası kəsilmir. Dünən türkiyəli məşqçi Yılmaz Vuralın Azərbaycan yığmasına rəhbərlik ehtimalının olduğu gündəmə gəldi.
İndi isə Azərbaycan yığmasının baş məşqçisi postunu tutmağa daha bir namizədin adı hallanır. Söhbət Hollandiya futbolunun canlı əfsanəsi Frank Raykaarddan gedir. Bir neçə ay öncə Səudiyyə Ərəbistanı milli komandasından ayrıldıqdan sonra işsiz qalan Raykaard “Barselona” və “Qalatasaray”dakı fəaliyyətindən tanınıb. Məlumata görə, 50 yaşlı yarımmüdafiəçi adı AFFA-ya təqdim olunan məşqçilərin siyahısında var.
futbol11.az