Bu gün I divizionun II turunun oyunlarına start veriləcək. İlk oyun günündə "Kəpəz" "Neftçala"nı qəbul edəcək. Gəncə şəhər stadionu hazır olmadığından qarşılaşma Tovuzda baş tutacaq.
"Kəpəz" başqa rayonda oynasa da, azarkeşsiz qalmayacaq. Bu barədə Fanat.az-a eyniadlı fan-klubun rəhbəri Elmar Əliyev məlumat verib. Fan-klub rəhbəri bildirib ki, klub prezidenti Mehman Allahverdiyev azarkeşlər üçün iki avtobus ayırıb. Bundan başqa şəxsi avtomobillər və ictimai nəqliyyatla da Tovuza gedənlər olacaq.
Bu gün həm də "Xəmsə" fan-klubunun rəhbəri Adil Məmmədovun 55 yaşı tamam olur. Elmar Əliyev "Kəpəz" fan-klubu adından həmkarını təbrik edib, ona uzun ömür və cansağlığı arzulayıb.
"Kəpəz" fan-klubunun rəhbəri veteran futbolçu, AFFA İcraiyə Komitəsinin üzvü İsgəndər Cavadova oğlunun vəfatı ilə əlaqədar başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.