“Zirə”də transfer çalışmaları davam edir. Fanat.Az xəbər verir ki, paytaxt klubu daha bir futbolçu ilə güclənib.
Yeni transfer Cavid Tağıyevdi. "Qarabağ"dan ayrılan yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Cavid Tovuzun “Rote Fahne” və “Turan” klubları ilə yanaşı, AZAL-ın da formasını geyinib. Futbolçu son mövsümü “Qarabağ”da keçirib. Tağıyev həmçinin futbol üzrə milli komandamızın şərəfini qoruyub.
Fanat.Az