"Barselona"da çıxış edən Arda Turan sevgilisi Aslıhan Doğandan ayrılıb. Fanat.Az xəbər verir ki, futbolçunun sevgilisi artıq Barselonadan Türkiyəyə dönüb.
Cütlüyün hansı səbəbdən ayrıldığı açıqlanmır. Aslıhan Doğan dünən İstanbuldakı restoranlardan birində ağlayarkən görülüb. Onu dostları təsəlli etməyə çalışıb.
Qeyd edək ki, cütlük bir müddət əvvəl də ayrılmışdı. Həmin vaxt ayrılığa Aslıhan Doğanın Arda Turanın ailəsi ilə çəkilmiş fotonu sosial mediada paylaşması səbəb olmuşdu. "Artıq şəxsi həyatı ictimailəşdirmək istəmirəm" deyərək sevgilisi ilə dava etmişdi.
Fanat.Az