16:10 04.09.2016 735

“Neftçi”ni biz qoruyacağıq!

Amal Abuşov


Mənzil başına çatmışıq. Bakının sayılıb-seçilən oğlanlarının bir araya gəldiyi Müşahidə Şurası "Neftçi”ni çıxılmaz dalana dirəyib.


Bir-neçə gün bundan əvvəl klubun mətbuat xidmətinin adından yarıbəyanat – yarıməlumat xarakterli yazı yayılmışdı. Nə qədər qəribə olsa da, "Neftçi”nin rəsmi saytında həmin yazıya rast gəlmədim. Belə çıxdı ki, klub çalışanları özləri öz yazdıqlarından xəcalət çəkirmişlər. "Nə ondandı, nə bundan” prinsipiylə yazılan yazı bərbad olduğundan onu rəsmi saytda yerləşdirməyə də cürət etməyiblər. Çox keçmədi ki, durnanı lap gözündən vurdular. Maraq və təəccüb hissi insana rahatlıq vermir. Soruşmaq istəyirsən ki, həzarat, bir-neçə gün əvvəl keçirilən Müşahidə Şurasının qərarlarını yeni toplantı olmamış niyə qəfildən açıqladınız? Qərarlar hazır idisə, elə vaxtında yayardız. Azarkeşlər də, mətbuat da xəbərdar olardı. Yox, hazır deyildisə, səhər tezdən tələm-tələsik hazırlamağınıza nə səbəb oldu? O qədər tələsmişdilər ki, kobud qrammatik və siyasi səhvlərə də fikir verməmişdilər. Sonradan elə saytdakı açıqlamaya gözəbatan redaktələr etdilər, ictimai qınağa, iztehza obyektinə çevrilən kəlmələri həmin yazıdan sildilər. 


Müşahidə Şurası hakimiyyət başına gələn gündən yazdıqlarım hamısı özünü doğruldub. Bir qədər gec, yaxud tez. Zərrə qədər də yanılmamışam. Öncəgörənliyim yoxdu, heç falçıya-zada da getmirəm. Sadəcə, biz bu ssenarinin müəllifləri olan adamların kəramətinə bələdik. 2008-ci ildə elə bu adamların "Neftçi”nin başına gətirdikləri Hans-Yurgen Gedenin əməllərindən azmı ziyan görmüşdük? Hərdəmxəyal almanın "xalq komandası”ndan kənarlşadırdığı futbolçuların az qala hamısı ölkənin digər klublarına özlərini təsdiqlədilər, aparıcı simalara çevrildilər. Amma Gede və onun havadarları Azərbaycan futbolunun tarixinə uduğursuz və fərasətsiz adamlar kimi ömürlük həkk olundular. Gedə burdan gedəndən sonra ömrünü Əfqanıstanın və İranın çöllərinə keçirdi. Onun zülmündən zorla qurtulan "Neftçi” isə adını tarixə qızıl hərflərlə yazdırdı, Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə digərləri üçün vacib cığır açdı. Dünyaya yenidən gələn "Neftçi”nin uğuru, Azərbaycan futboluna qazandırdığı təkcə avrokubokların qrup mərhələsində iştirak olmadı. Ardıcıl 3 mövsüm çempionluğu heç kimə güzəştə getməyən "ağ-qaralar” ölkə çempionatının yeni marka dəyərini müəyyənləşdirdi, premyer-liqada rəqabəti artırdı, onunla yarışan komandalarımız üçün yeni hədəflərin səbəbkarına çevrildi.


"Neftçi”nin prinsipal rəqibi sayılan "Xəzər Lənkəran” qısa müddətdə büdcəsini və legionerlərinin səviyyəsini bir-neçə dəfə elə bu səbəbdən artırdı, bir-birindən gərgin "böyük oyun”lar Azərbaycan futbolunun bəzəyinə çevrildi. "Neftçi”nin hegemonluğuna son qoymaq üçün "Qarabağ” Reynaldo, Almeyda kimi braziliyalıları Azərbaycana gətirdi, ölkə futbolunun ən yaxşılarına sahib olmağa çalışdı. Bütün bunlar bizim gözlərimizin önündə yaşanan tarixdi və onları unutmağımız mümkün deyil. "Neftçi” Azərbaycan futbolunun inkar edilməsi mümkün olmayan həqiqəti, heç kimsəni iddia edə bilməyəcəyi qədər xalqın komandasıdı. Bu komandanı sıradan bir futbol kluba çevirmək, "Sumqayıt”ın gününə salıb, guya gənclərin yetişdiyi təlim poliqonuna döndərmək heç kimin həddində deyil. Guya, "Neftçi” Avropa Liqasının qruplarına yüksələndə, ölkə çempionatında hegomonluq edəndə yerli gənclər inkişaf etmirdi, "ağ-qaralar”ın əsas heyətində oynayıb püxtələşmirdilər? İndi yerdən-yerə vurulan Araz Abdullayev məhz həmin vaxt istedadını açmağa başlamış, "Everton” rəsmilərinin ta İngiltərədən bura gəlməsinə səbəb olmuşdu. Amit Qulzadə "Fənərbaxça”nın, Cavid İmamverdiyev də Kiyev "Dinamo”sunun maraq dairəsinə də məhz həmin illərdə düşmüşdü. Tərlan Quliyev, Emin Mehdiyev, Mirhüsey, Elvin Yunuszadə kimi gənclər Milan "İnter”inə, Kazan "Rubin”inə qarşı oyunlarda püxtələşir, əsl peşəkar futbolçuya çevrilib, milliyə namizəd sayılırdılar.


Diqqət yetirin, "Neftçi”nin gücdən salınmasıyla Azərbaycan premyer-liqasının haldan düşməsi, maraq və intiriqanın itməsi üst-üstə düşüb. Çünki musiqini sifariş verənlər eyni adamlardı, "pult”n qırmızı düyməsini basıb, ölkə klublarını və klub futbolunu da Foqtsun, Prosineçkinin ayağının altına atdıqları milli komandanın gününə salmaq istəyirlər. Amma istəklərinə çatmayacaqlar. "Neftçi”nin hazırda düşdüyü böhran, iddialarını itirməsi, elitadakı yerini qorumağa çalışacaq günə salınması onların aldadıcı qələbəsidi. Bu qısametrajlı qələbənin sonunda isə həmin məkrli planın müəlliflərini çox ciddi məğlubiyyətlər gözləyir.  "Neftçi”yə əbəs yerə "xalq komandası” demirik. "Neftçi”ni xalq yazıçısının əliylə uçuruma itələməyə, məhv etməyə çalışsalar da, qayalıqlara çırpılan özləri olacaqlar. "Neftçi”ni biz qoruyacağır. Lazımı anda, sonuna kimi!


"Futbol+"

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
19:08

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X