Sevgilisi Aslıhan Doğandan ayrıldığı iddia edilən futbolçu Arda Turan açıqlama yayıb. Keçən ilin mayından münasibət saxlayan cütlüyün ailə qurması gözlənilsə də, toy yubanır.
İddia edilir ki, Arda Aslıhana ikisinin şəxsi fotolarını paylaşmamağı xahiş edib. Bundan sonra Aslıhan bütün fotoları silərək profilini bağlayıb və Ardadan evlilik barədə nə düşündüyünü soruşub. Futbolçu hələ evlənmək istəmədiyini dediyi üçün cütlüyün arası dəyib.
Mediada cütlüyün ayrılma xəbərləri çıxandan sonra A.Turan "Twitter"də açıqlama yayıb: "Həyatımızdakı hər şey yerindədir. Hər hansı bir problem yoxdur. Heç kimin də həyatlnda olmasın, inşallahş Sevgi, hörmət...".
Qeyd edək ki, bu, Arda və Aslıhan haqda çıxan ilk ayrılıq xəbəri deyil.(Axşam.az)
Fanat.Az