Ötən mövsüm futbolçuların və futbol adamlarının verdiyi maraqlı açıqlamalar bir yerə toplanıb. Onların ən maraqlılarını təqdim edirik.
Kriştiano Ronaldo: "Messinin sol ayağının məndə olmasını istərdim"
Neymar: "Mən Messinin hər iki ayağına sahib olmaq istərdim"
Ahmet Çakar: "Beşiktaş" çempion olsa, payaya yağ sürtüb məni üstündə otuzdurun. Çarmıxa da çəkə bilərsiniz"
Antonio Konte: "Məşqdə qışqırmağı sevirəm. Karyeramın ilk illərində meqafondan istifadə edirdim"
Aziz Yıldırım: "Ardaya "gəl bizdə oyna"
Faik Çətiner: "Ardanı sevirsiniz siz"
Aziz Yıldırım: "Yox, sevmirəm"
"Nyukasl"la oyundan sonra "Liverpul"un baş məşqçisi Yurgen Klopp: "Sayılmayan qolumuz ofsayd deyildi. Amma böyük ehtimalla köməkçi hakim "Bu qədər bərbad oynayab belə gözəl qol vura bilməzlər" deyə düşündü".
Cüneyt Tanman: "Maki Pereyra Sabridən yaxşı deyil" deyərkən Sabrini ruhlandırmaq istədim. Yoxsa həqiqəti bilirəm"
Kriştiano Ronaldo: "Ən böyük qorxum gənc yaşda ölməkdi. Mümkündüsə, 110-120 yaşıma qədər yaşamaq istəyirəm"
"Gənclərbirliyinin prezidenti İlha Cavcav: "Autdan gələn topun ofsayd sayılmadığını ötən həftə öyrəndim"
"Barselona"lı Cerard Pike: "Hər zaman "Real"ın yenilməsini istəyirəm. Ötən ilki "Real" - "Yuventus" matçını Buffon forması geyinərək izlədim"
İzləyici: "Səni "Barselona"ya necə götürdülər"
Arda Turan: "Mən də anlamadım"
Fanat.Az