"Çox sevindirici haldı ki, yeni bazanın tikintisində UEFA böyük rol oynayır. Tikinti UEFA-nın maliyyə vəsaiti hesabına həyata keçiriləcək". Fanat.az xəbər verir ki, bu sözləri Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimində çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev deyib.
AFFA başqanı UEFA-nın prezidentinə təşəkkür edib: "Mişel Platiniyə mərasimdə iştirak üçün Bakıya gəldiyinə görə təşəkkür edirik. Biz ona Azərbaycan futboluna göstərdiyi köməyə görə minnətdarıq"