21:25 21.09.2013 839

"İnter" - Fariz Yusifov 2:2

Bu gün Topaz Premyer Liqasının VII turunun oyunları davam etdirilib. Fanat.az xəbər verir ki, ikinci oyun günündə üç matç baş tutub. Bütün oyunlar Bakıda keçirilib.

Günə "İnter" "Bakı" oyunu ilə start verilib. Mövsümün yeganə qələbəsini "Rəvan" üzərində qazanan və qalan 5 matçda meydanı məğlubiyyətlə tərk edən "İnter"də bu matçadək vəziyyət gərgin idi. Növbəti məğlubiyyət "İnter" rəhbərliyinin Kaxaber Tsxadadzeyə olan etimadını tükədə bilərdi. "Bakı" isə ardıcıl 2 məğlubiyyətdən sonra 3 oyunda qələbə qazansa da, son turda "Xəzər Lənkəran"a uduzmuşdu. Milinko Pantiçin yetirmələri bu dəfə yaralı "İnter"i yenməyə çalışmalı idi. Oyuna "Bakı" yaxşı başlayıb və 7-ci dəqiqədə Əfran İsmayılov penaltidən hesabı açıb. 30-cu dəqiqədə Aleksandr İaşvili tarazlığı bərpa edib. İlk yarının son saniyələrində Əfran yenidən komandasını önə keçirsə də, 86-cı dəqiqədə Matiya Şpiçiç "İnter"ə bir xal qazandıran qola imza atıb. Hətta "bankirlər" qələbə də qazana bilərdi. Lakin baş hakim Fariz Yusifov meydan sahiblərinin penaltisini verməyib. Referinin oyun ərzində bir neçə səhvlə yadda qaldığını da qeyd edək.

Günün ikinci oyununda "Neftçi" "Sumqayıt" qəbul edib. Əslində bu oyun Mehdi Hüseynzadə adına stadionda keçirilməli idi. Lakin Sumqayıtdakı arenada təmir işləri getdiyindən qarşılaşmanın yeri dəyişdirildi. "Neftçi" "Xəzər Lənkəran"la heç-heçədən və "Bakı"ya məğlubiyyətdən sonra "İnter" məğlub edərək iddiasını yenidən ortaya qoymağı bacarmışdı. "Sumqayıt" isə I və III turlarda qazandığı 4 xaldan sonra uğura həsrət qalmışdı. Sumqayıtlılar iddialı rəqiblə oyunda ən yaxşı halda 1 xala ümid edirdi ki, 90 dəqiqənin tamamında bu istəklərinə çatdılar - 0:0. "Neftçi" UEFA prezidenti Mişel Platini, AFFA başçısı Rövnəq Abdullayev və millimizin baş məşqçisi Berti Foqtsun izlədiyi matçda xal itirdi.

Günə saat "Qarabağ" - "Simurq" oyunu ilə yekun vurulub. Oyun əvvəlcədən Tofiq Bərhamov adına Respublika stadionuna təyin edilsə də, sonradan "Dalğa Arena"ya keçirilən qarşılaşmaya "Qarabağ" üçün dönüş nöqətsi kimi baxılırdı. Mövsümə 4 qələbə ilə başlayıb çempionluğa ən real namizəd halına gələn "Qarabağ" V turda AZAL-a uduzub, ardınca "Rəvan" bir xal verməklə xəyal qırıqlığı yaratmışdı. Qurban Qurbanovun yetirmələri bu dəfə uğursuzluğa "dur" deməyə çalışmalı idi. Son iki turda qələbə qazanan "Simurq" isə iddialı rəqibi ilə səfər oyununda ən azı 1 xal hədəfləydi. 0:0 hesabı ilə başa çatan qarşılaşmada "Simurq" istəyinə çatsa da, "Qarabağ" növbəti dəfə azarkeşlərini məyus etdi.

Bu nəticələr dünən liderliyi ələ keçirən "Qəbələ"nin ən azı bir həftə birinci pillədə qalmasına səbəb olub.

Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və "Qəbələ" evdə "Rəvan"a 3:0 hesabı ilə qalib gəlib. Son qarşılaşma isə sabah baş tutacaq. Həmin matçda AZAL "Xəzər Lənkəran"ı qəbul edəcək.

Premyer Liqa
2013/14 mövsümü
VII tur

21 sentyabr
İnter - Bakı 2:2
Qollar: Aleksandr İaşvili, 30. Matiya Şpiçiç, 86 - Əfran İsmayılov, 7; 45+1.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 5. Slavko Georgievski (88. Derlis Meza Kolli, 46), 7. Ruslan Əmircanov (33. Matiya Spiçiç, 38), 9. Aleksandr İaşvili, 14. İlqar Ələkbərov, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (22. İlço Naumoski, 72), 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 11. Asif Məmmədov, 64. Elhad Nəziri.
Məşqçi: Zaur Svanadze.
Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Mario Alvarez, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov (21. Elvin Məmmədov, 65), 11. Rauf Əliyev (22. Namiq Ələsgərov, 90), 12. Etto, 15. Alberto Noquera (10. Aleksandar Soliç, 59), 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauskis, 16. Juninyo, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Laşa Salukvadze, 76 (rəqibi əl ilə tutduğuna görə). İvan Benites, 88 (qeyri-idman hərəkəti). Baçana Tsxadadze, 90+2 (icazəsiz meydana daxil olduğuna görə) - Rauf Əliyev, 89 (qeyri-idman hərəkəti). Mario Alvarez, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
"Şəfa" stadionu. 600 tamaşaçı.

Neftçi - Sumqayıt 0:0
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (28. Emin Mehdiyev, 70), 9. Flavinyo, 14. Bahodir Nasimov (11. Melvin Platye, 24), 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov, 90. Ernest Nfor (10. Cavid İmamverdiyev, 57).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitrseki, 27. Məqsəd İsayev, 33. Orxan Bəşirov.
Məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov (10. Ruslan Qurbanov, 82), 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov (15. Nodar Məmmədov, 90), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 5. Kərim Diniyev, 8. Aqşin Muxtaroğlu, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Denis Silva, 76 (qeyri-idman hərəkəti). Karlos Kardoso, 90+2 (qeyri-idman hərəkəti) - Pərdis Fərcad-Azad, 46 (sistematik qayda pozuntusu). Adil İbrahimov, 63 (qeyri-idman hərəkəti). Anar Nəzirov, 80 (oyunun bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
"Bakcell Arena". 1500 tamaşaçı.

Qarabağ - Simurq 0:0
Qollar:
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, (20. Riçard Almeyda, dəq.67) 9. Reynaldo, 16. Leroy Corc, (11. Nikolas Gelaşvili, dəq.67) 17. Vüqar Nadirov, (10. Muarem Muarem, dəq.85) 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 11. Nikolas Gelaşvili, 20. Riçard Almeyda, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, (20. İdan Vaytsman, dəq.52) 5. Anderson Oliveyra, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, (22. Salif Ballo, dəq.87) 15. Stepan Polyak, 18. Tural Axundov, 28. Nenad Kiso, 77. Nicat Qurbanov (7. Ruslan Poladov, dəq.69).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 7. Ruslan Poladov, 16. Məhərrəm Hüseynov, 19. Orxan Səfiyaroğlu, 20. İdan Vaytsman, 22. Salif Ballo, 30. Raul Kostin.
Baş məşqçi: Georgi Çixradze.
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Maksim Medvedev, 68 (rəqibi tutduğuna görə) - Patrik Osiako, 31 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 43 (oyunun bərpasını gecikdirdiyi üçün); Tural Axundov, 63 (qeyri-idman hərəkəti); İdan Vaytsman, 72 (qeyri-idman hərəkəti); Rəşad Eyyubov, 89 (qeyri-idman hərəkəti) 
Qırmızı vərəqə: Draqan Çeran, 90+3 (hakimi təhqir etdiyinə görə)
"Dalğa Arena". 350 tamaşaçı.

1

Qəbələ

7

5

0

2

13-7

15

2

Qarabağ

7

4

2

1

11-4

14

3

Neftçi

7

4

2

1

10-5

14

4

AZAL

6

4

0

2

7-7

12

5

Simurq

7

3

2

2

7-6

11

6

Bakı

7

3

1

3

15-7

10

7

Xəzər L        

6

1

3

2

3-6

6

8

Sumqayıt

7

1

2

4

5-12

5

9

İnter  

7

1

1

5

13-15

4

10

Rəvan          

7

1

1

5

3-18

4


Bombardirlər: Mindauqas Kalonas (Bakı), Əfran İsmayılov (Bakı) - 4. Leonardo da Silva (Qəbələ), Cavid Hüseynov (Bakı), Vaqif Cavadov (İnter), Bahodir Nasimov (Neftçi), Çumbiyo (Qarabağ), Viktor İbekoyi (AZAL), Baçana Tsxadadze (İnter), Viktor Mendi (Qəbələ), Con Oluremi (AZAL), Stepan Polyak (Simurq) - 3.

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

19 phrase_var_core.may 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 phrase_var_core.may 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 phrase_var_core.may 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

phrase_var_core.fb
X