23:52 19.09.2016 594

"Neftçi"nin 8 oyunçusu yerə yıxılır, ayaqları qıc olur" - Prosineçki

"Neftçi"ni kimin ayağa qaldıra biləcəyini bilmirəm. Tək məşqçini gətirməklə komandada nəyisə dəyişmək olmaz. Komandanı ayağa qaldırmaq üçün bir neçə il lazımdır".


Bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın V turunda keçirilən "Qarabağ" - "Zirə" oyunu zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.


Xorvatiyalı mütəxəssisin müsahibəsini təqdim edirik:


- Qarşıda milli komandanın Norveç yığması ilə oyunu var. Fikirlərinizi bilmək istərdik

- Ayın 3-dən təlim-məşq toplanışı gözlənilir. Çünki oktyabrın 2-də oyunlar var. Oyunçularımızın bəzilərinin - Pavel Paşayevin, Dmitri Nazarovun, üstəlik "Qəbələ"nin də ayın 2-də oyunu var. Ona görə toplanış oyunlardan sonra nəzərdə tutulub. Oktyabrın 3-dən toplanışa başlayacağıq.


- Rauf Əliyev son turda iki qol vurdu, Vaqif Cavadov qollar vurur, Ağabala Ramazanov özünü yaxşı tərəfdən göstərir. Bu futbolçuları milliyə dəvət edəcəksiniz?

- Heyəti müəyyənləşdirmişəm. Yenə də ola bilsin ki, yeni oyunçular olsun. Çünki zədəli futbolçular olur. Ötən toplanışda da gördünüz ki, zədələnən futbolçular vardı. Bizi Norveçə qarşı çətin oyun gözləyir. Son oyunda Almaniyaya uduzdular. Amma Almaniya da güclü komandadır. Almaniyaya da uduzmaq normaldır.


- Bəs Rauf Əliyev?

- Ötən turadək qol vurmadı və dünən iki qol vurdu. Oyununu və qollarını gördüm. Ancaq hələ istədiyim səviyyədə deyil.


- Elxan Abdullayevin "Neftçi"yə keçidində sizin rolunuz olub? Və bu təyinatdan nə gözləyirsiniz, köməkçinizin "Neftçi"yə xeyiri dəyəcək?

- İstəyirsiniz düzünü deyim? "Neftçi"ni kimin ayağa qaldıra biləcəyini bilmirəm. Sadəcə olaraq nəticələrə baxıram. Son oyunda da 1:2 hesabı ilə məğlub oldular. Tək məşqçini gətirməklə komandada nəyisə dəyişmək olmaz. Əlbəttə ki, Abdullayevin "Neftçi"yə köməyinin dəyməsini istəyirəm. Ancaq buna vaxt lazım olacaq. Qısa müddətdə heç nəyi dəyişmək olmaz. "İnter"lə oyunda xırda da olsa, dəyişiklik gördüm.


- Elxan Abdullayevin klubdakı uğursuzluğu millidəki işinə təsir edə bilər?

- "Neftçi" nə fiziki, nə də taktiki cəhətdən hazırdır. Komandanı ayağa qaldırmaq üçün bir neçə il lazımdır. Siz də mənim kimi oyuna baxırsınız və çatışmazlıqları görürsünüz.


- Deməli, "Neftçi"dən heç kimi milliyə dəvət etməyəcəksiniz...

- Oyuna baxıram, 8 oyunçu yerə yıxılır, ayaqları qıc olur. Bunları siz də görürsünüz. Bu sualı mənə niyə verirsiniz?


- Hər halda baş məşqçi fikri başqadır. İki həftə öncə Ziya Əzizovu tanımadığınızı demişdiniz. Amma bir neçə gün öncə həmin futbolçu U-19-a dəvət olunub. Bu barədə məlumatınız var?

- Bunu bilməyimə ehtiyac yoxdur. Haradan bilim ki, kim çağırılır. Çünki U-19-a çağırılan futbolçu ilə maraqlanmaq mənim işim deyil.


- Norveçlə oyunun toplanışına Deniz Yılmazı dəvət edəcəksiniz?

- Dəfələrlə Yılmazın zədəli olduğunu demişəm. İkincisi, həmin futbolçunu məndən əvvəl də dəvət etmək istəyirdilər. O, adi oyunçu deyil. "Bursaspor"un əsas futbolçularındandır. Türkiyədə çempionat çətindir. "Bursaspor" isə dörd komandadan sonra ən yaxşıdır. Onu milliyə dəvət etsək, köməyinin dəyəcəyinə inanıram.("Report")


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X