Gələn həftə "Qəbələ"ylə qarşılaşmaq üçün Bakıya səfər edəcək "Maynts" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
Fanat.az xəbər verir ki, Bremendə "Verder"in qonağı olan "Maynts" meydandan 3 xalla ayrılıb. 12-ci dəqiqədə məğlub duruma düşən qonaqlar əzmkar qələbə qazanıb.
Keçirdiyi 4 oyundan 7 xall toplayan "Maynts" turnir cədvəlinin də 7-ci pilləsində qərarlaşıb.
Fanat.Az